Türkiyə Super Liqası təmsilçilərindən "Fənərbaxça" əzəli rəqibinin forvardını transfer edə bilər.
Apasport.az xəbər verir ki, komanda hazırda icarə əsasında "Qalatasaray"da çıxış edən Viktor Osimhenlə maraqlanır.
Bu barədə futbolçunun yaxın dostu və jurnalist Buçi Laba məlumat yayıb.
Mənbənin məlumatına görə, "sarı-lacivərdlilər" bu transfer üçün böyük bir meneceri işə cəlb edib, lakin bütün cəhdlər nəticəsiz qalıb.
Xatırladaq ki, "Qalatasaray" Osimheni ötən ilin avqustunda "Napoli"dən icarə əsasında heyətinə qatmışdı.
Qeyd edək ki, Nigeriya millisinin forvardı bu mövsüm "sarı-qırmızılılar"ın heyətində meydana çıxdığı 33 rəsmi matçda 29 qol, 6 assistlə yadda qalıb.
Ederson Premyer Liqaya keçə bilər – “Mançester Yunayted” əsas namizəddir
Səudiyyə Ərəbistanı təmsilçisi Vinisiusdan əl çəkmir – Braziliyalı ulduz getmək istəmir
Almaniyalı qapısını tərk edib komanda yoldaşlarına kömək etdi - VİDEO
De Bruyne Qvardiolanı məyus etdi - Premyer Liqada qalacaq
Laporta: "Barselona" hələ heç nə əldə etməyib"