AZ

Mərkəzi Asiyanın türk dövlətlərindən TÜRKİYƏYƏ QARŞI QƏRAR

Qazaxıstan, Özbəkistan, Türkmənistan və Qırğızıstan Avropa İttifaqı (Aİ) ilə imzaladıqları və 12 milyard avro həcmində investisiya vədi aldıqları saziş çərçivəsində, Şimali Kipr Türk Respublikasını tanımayacaqlarını bəyan ediblər.

Publika.az bu barədə "Haber Global"a istinadla xəbər verir.

Məlumata görə, həmin ölkələr BMT Təhlükəsizlik Şurasının 541 və 550 saylı qətnamələrini bağlılıqlarını vurğulayaraq, bütün adada yalnız Cənubi Kipr administrasiyasını "tək qanuni hökumət" olaraq tanıyacaqlarını öhdələrinə götürüblər.

Qeyd olunub ki, bu addımlar, Aİ-nin Kipr siyasətində regional müttəfiqlər qazanmaq istiqamətində atdığı strateji bir gedişat kimi şərh edilir.

Seçilən
55
11
publika.az

10Mənbələr