Bu gün qadın voleybolçular arasında təşkil olunmuş Azərbaycan çempionatında (Yüksək Liqa) pley-off mərhələsinə start verilib.
Arena.az xəbər verir ki, Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində təşkil olunan yarımfinal çərçivəsində ilk olaraq meydançaya “Abşeron” və “Gəncə” komandaları çıxıblar.
Oyun ilkin mərhələnin lideri “Abşeron” klubunun 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Yarımfinal mərhələsinin növbəti qarşılaşmasında “Milli Aviasiya Akademiyası” və “Azərreyl” komandaları üz-üzə gəliblər. Maraqlı mübarizə şəraitində keçən bu matçda “Azərreyl”in 3:2 hesablı qələbəsi qeydə alınıb.
Beləliklə, “Abşeron” və “Azərreyl” komandaları yarımfinalda ilk qələbələrini qazanıblar. Bu komandalar arasında ikinci oyun aprelin 17-də keçiriləcək. Reqlamentə əsasən yarımfinal mərhələsi iki qələbəyədək davam edəcək. İki oyundan sonra tərəflər hərəyə bir qələbə qazanarlarsa (xallar bərabər olarsa), finala vəsiqənin sahibi “qızıl set”də müəyyənləşəcək.
Yüksək Liqa
Yarımfinal, birinci oyunlar
15 aprel
“Abşeron” – “Gəncə” 3:1 (23:25, 25:18, 25:13, 25:18)
“Milli Aviasiya Akademiyası” – “Azərreyl” 2:3 (12:25, 31:29, 21:25, 25:19, 14:16)