AZ

Yüksək Liqa: “Azərreyl”dən əzmkar qələbə

Bu gün qadın voleybolçuların Yüksək Liqasında yarımfinal mərhələsi start götürüb.

Apasport.az xəbər verir ki, ilk oyunlar GİN-in Voleybol Mərkəzində keçirilib.

Günün ilk qarşılaşmasında “Abşeron” “Gəncə”ni sınağa çəkib. Abşeron voleybolçuları oyun yaxşı başlamasalar da, növbəti setlərdə üstünlük əldə ediblər. Qazanılan qələbə komandanı finala bir addım yaxınlaşdırıb.

Ardınca meydana “Milli Aviasiya Akademiyası” və “Azərreyl” çıxıb. Oyun gərgin mübarizə şəraitində keçib. Qalib 5 setin yekununda bəlli olub. "Dəmiryolçular" çətin qələbə qazanaraq, seriyada üstünlüyü ələ keçiriblər.

Qeyd edək ki, ikinci oyunlar aprelin 17-də keçiriləcək.

Yüksək Liqa (qadınlar)

Yarımfinal, ilk oyunlar

15:00. “Abşeron” - “Gəncə” - 3:1 (23:25, 25:18, 25:13, 25:18)

17:00. “Milli Aviasiya Akademiyası” - “Azərreyl” - 2:3 (12:25, 31:29, 21:25, 25:19, 14:16)

Yüksək Liqada növbəti turların cədvəlləri açıqlandı

Yüksək Liqa: “Azərreyl” evdə məğlub oldu

Yüksək Liqa: “Netçi”dən inamlı qələbə

Yüksək Liqa: MOİK “Neftçi” ilə üz-üzə

Növbəti turun oyun cədvəli bəlli olub

Seçilən
53
apasport.az

1Mənbələr