Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özel ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğana 75 min TL (3347 AZN) təzminat ödəyəcək.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Ərdoğanın vəkili Hüseyn Aydın məlumat verib.
O bildirib ki, CHP sədri 26 aprel 2022-ci ildə Çağlayan Ədliyyəsi qarşısında çıxışı zamanı Ərdoğanı məhkəmə müstəqilliyini pozmaqda ittiham edib. Ankara Regional Ədliyyə Məhkəməsi 25-ci Mülki Dairəsi tərəfindən həmin çıxışına görə CHP sədri ilə bağlı təzminat qərarı qəbul edilib.