ABŞ Prezidenti Donald Trampın Avropaya gömrük rüsumlarının artırılması ilə bağlı açıqlamaları qitədə ciddi narahatlıq yaratmağa davam edir. Xüsusilə, Rusiya-Ukrayna müharibəsindən sonra enerji sahəsində baş verən hadisələr Avropa İttifaqını (Aİ) çətin bir vəziyyətə salıb.
Bu barədə "Haber Global"da hazırlanan süjetdə bildirilib.
Qeyd edilir ki, müharibənin başlaması ilə Aİ-nin ən böyük təbii qaz təchizatçısı olan Rusiyaya qarşı sanksiyalar tətbiq edilib. Bu isə tərəflər arasındakı qaz ticarətini, demək olar ki, dayandırıb.
Yaranan vəziyyət Avropa ölkələrini alternativ enerji mənbələri axtarmağa vadar edib. Aİ ölkələri ABŞ və Qətərdən mayeləşdirilmiş təbii qaz (LNG) idxal etməyə başlayıblar. Ancaq LNG-nin qiyməti boru xətti ilə nəql olunan qazla müqayisədə xeyli bahadır. Almaniya başda olmaqla bir sıra Avropa ölkələrində artan enerji xərcləri və Trampın açıqlamaları qitənin ABŞ-dan asılılığı ilə bağlı narahatlıqları artırıb.
Dərinləşən enerji böhranı fonunda Almaniyanın bəzi sənaye şirkətləri Rusiyadan qaz idxalının bərpa olunmasını tələb ediblər.
Ətraflı süjetdə: