AZ

Mehdiabadda döyüş tətbiqinə yararlı sursatlar aşkarlanıb

Bakı, 18 dekabr, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə Abşeron rayonunun Mehdiabad qəsəbəsində sursat aşkar edilməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.

Bu barədə AZƏRTAC-a FHN-dən məlumat verilib.

Bildirilib ki, hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkarlanmış sursatların döyüş tətbiqinə yararlı 2 ədəd RQO əl qumbarası, 2 ədəd UDZ partladıcısı, 12 ədəd müxtəlif çaplı mərmi və 1 ədəd RDQ tüstü qumbarası olduğu müəyyən edilib.

Xüsusi Riskli Xilasetmə Xidmətinin çevik qrupunun mütəxəssisləri sursatları zərərsizləşdirmək üçün ərazidən götürərək kənarlaşdırıblar.

Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkarlanmayıb.

Seçilən
176
49
azertag.az

10Mənbələr