AZ

Peskov: “Oktyabrın 10-da Putin İraqın baş naziri ilə danışıqlar aparacaq”

Rusiya prezidenti Vladimir Putin oktyabrın 10-da İraqın baş naziri Məhəmməd Şia Əl Sudani ilə danışıqlar aparacaq.

Busaat.az xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.

“Oktyabrın 10-da danışıqlar olacaq. İraqın baş naziri Əl Sudaninin rəsmi səfəri baş tutacaq”, – Kreml sözçüsü deyib.

Peskov qeyd edib ki, tərəflər arasında Rusiya-İraq danışıqları aparılacaq. Həmçinin, cənab Al Sudani ilə iş səhər yeməyi də olacaq.

Onun sözlərinə görə, daha sonra oktyabrın 11-də Putin və İraqın baş naziri Rusiya Enerji Həftəsinin plenar iclasında iştirak edəcəklər.

Seçilən
306
50
Mənbələr
Şərh ()
Bağla