AZ

"Neftçi"də ciddi itki: 2 həftəlik sıradan çıxdı

Sumqayıt”la Azərbaycan kubokunun ¼ final mərhələsinin cavab matçı çərçivəsində keçirilən qarşılaşmada zədələnən Andre Şinyaşikinin durumuna aydınlıq gəlib.

Offsideplus.az xəbər verir ki, məlumatı "Neftçi"nin mətbuat xidməti yayıb. Baldır əzələlərində gərilmə olan futbolçu 2 həftədən sonra məşqlərə qoşula biləcək.

Həmin matçdan əvvəl baş tutan məşq prosesində sıradan çıxan Eddi İsrafilov isə 1 həftə sonra komandaya qoşula biləcək.

Uzun müddətdir zədəli olan İvan Brkiç isə artıq fərdi hazırlaqlara start verib. Onun qısa müddətdən sonra komanda ilə məşqlərə qoşulması gözlənilir.

Seçilən
87
8
Mənbələr
Şərh ()
Bağla