AZ

Xocalı faciəsini yad edən Azərbaycan xalqının qəminə şərikik - Fransa səfirliyi

Bakı. Trend:

Bu gün Xocalı faciəsini yad edən bütün Azərbaycan xalqınınqəminə şərikik.

Trend xəbər verir ki, bu barədə səfirliyin "X" sosial mediahesabında paylaşım edilib.

"Belə vəhşiliklərin bir daha təkrarlanmaması üçün, regiondasülhün bərqərar olması üçün çalışmaq lazimdır", - deyə paylaşımdaqeyd edilib.

Qeyd edək ki, bu gün Xocalı soyqırımından 32 il ötür. 1992-ci ilfevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri keçmişsovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı alayınıniştirakı ilə Xocalı şəhərini yerlə-yeksan etdi. Ermənitəcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdiyi növbətikütləvi qırğın nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63uşaq, 70 qoca xüsusi amansızlıqla qətlə yetirildi, 1275 dinc sakinəsir götürüldü, 150 nəfərin taleyi isə hələ də məlum deyil. Busoyqırımı aktı nəticəsində 8 ailə tamamilə məhv edildi, 25 uşaq həriki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib.

Seçilən
195
4
az.trend.az

10Mənbələr