AZ

İşığın qiyməti UCUZLAŞACAQ? – Tarif Şurasından AÇIQLAMA

Azərbaycanda elektrik enerjisinin qiymətinin ucuzlaşacağı ilə bağlı məsələ gündəmə gəlib. Mövzuya toxunan millət vəkili və iqtisadçı Vüqar Bayramov deyib ki, bərpaolunan enerji mənbələri üzrə potensialın olması və enerji istehsalındakı artımlar elektrik enerjisinin qiymətlərini azalda bilər.

Maraqlıdır, doğurdanmı Azərbaycanda bu kommunal ödənişin qiyməti endirilir?

Aidiyyəti qurum və ya qurumlar elektrik enerjisinin qiymətinin aşağı salınması ilə bağlı Tarif Şurasına müraciət ediblərmi?

İstehsalçı qurum olan Azərenerji ASC-nin mətbuat katibi Teymur Abdullayev sorğumuza cavab verməkdən yayınıb:

“Bu barədə mənim deyəcəyim heç bir şey yoxdur” – deyə, o, bildirib.

Tarif Şurasının katibliyindən isə Bizim.Media-ya bildirilib ki, işığın qiyməti ilə bağlı Şuraya heç bir müraciət daxil olmayıb:

“Tarif (qiymət) Şurası kollegial orqandır. Yəni Şuraya hər hansı qurumdan müraciət daxil olur və buna uyğun olaraq, müraciətə baxılır. Hal-hazırda işığın qiyməti ilə bağlı heç bir müraciət daxil olmayıb”.

 

Mənbə: bizim.media

Aqreqator
phrase_var_article.chosen
26
1
phrase_var_article.sources
phrase_var_article.comment ()
phrase_var_article.close