AZ

Faiq Ağayev bu zəhərlənmə ilə bağlı xəbərdarlıq etdi: Dərmanı yoxdur

Ehtiyatlı olun, dostlar. Özünüzü zəhərləməyin. Məsələn, hansısa bir qidanı yedik və o qidadan zəhərləndik. Dərmanlar var, əgər həkimə gec müraciət etməmisənsə, indiki təbabət insanı o dünyadan qaytara bilər. Amma sən zərərli musiqi eşidirsənsə, onun dərmanı yoxdu.

Publika.az xəbər verir ki, bu sözləri Xalq artisti Faiq Ağayev "Space" kanalında qonaq olduğu verilişdə deyib. Azərbaycan musiqisinin bu günündən danışan ifaçı bu sənətdə qeyir-peşəkarların çoxalmasından gileylənib:

"Ona görə bütün daxil olan musiqinin məlumatını süzgəcdən keçirmək lazımdır. Pis musiqi eşidəndə, keyfiyyətsiz film izləyəndə və kitab qarşımıza çıxanda biz kirlənirik. İnformasiyanı mütləqdir ki, süzgəcdən keçirəsən. Bu, mental zəhərlənmədir. Şeirə, musiqiyə, rəsmə, ümumilikdə incəsənətə məişət yanaşması ən böyük qəbahətdir", - Xalq artisti vurğulayıb.

Seçilən
50
Mənbələr
Şərh ()
Bağla