phrase_var_article.topics
Ermənistandakı “Miasin” siyasi hərəkatı ölkə parlamentini baş nazir Nikol Paşinyana etimadsızlıq göstərməyə çağırıb.
KONKRET.az erməni mediasına istinadən bildirir ki, bu barədə hərəkatın dərc etdiyi sənəddə deyilir.
Martın 27-də “Miasin” hərəkatı Yerevanın Azadlıq meydanında mitinq keçirib. Daha sonra etirazçılar parlament binasına doğru xəbərdarlıq yürüşü təşkil ediblər.
Müraciət müəllifləri deputatlara xəbərdarlıq ediblər ki, onlar erməni xalqının taleyi üçün şəxsi məsuliyyət daşıyırlar: “Bizim baş nazirə etimadsızlıq bildirmək tələbimiz haqlıdır”.
Xatirə SADİQ,
KONKRET.az