AZ

İsrail nümayəndə heyəti gələn həftə Vaşinqtona yola düşəcək - KİV

İsrail nümayəndə heyəti gələn həftə Vaşinqtona səfər edəcək.

Herbiand.az xəbər verir ki, bu barədə "Yedioth Ahronoth" öz mənbələrinə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, İsrail Baş naziri Benyamin Netanyahu bununla bağlı Hərbi Kabinetin üzvlərinə məlumat verərək bildirib ki, nümayəndə heyəti gələn həftə Vaşinqtona yola düşəcək.

Bildirilib ki, nümayəndə heyətinin üzvləri ABŞ nümayəndələri ilə İsrailin Rəfahda mümkün hərbi əməliyyatını müzakirə edəcəklər.

İsrail hökuməti hələlik nümayəndə heyətinin səfərinə dair məlumatı şərh etməyib.

Seçilən
150
50
Mənbələr
Şərh ()
Bağla