phrase_var_article.topics
Bakı, 28 mart, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzi (146) daha bir region üzrə vətəndaşların sorğularını cavablandıracaq.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, vətəndaşlar 146 – 0 – 9 nömrəsi ilə əlaqə yaratmaqla Şirvan–Salyan Regional Təhsil İdarəsinin tabeliyində olan məktəbəqədər və ümumi təhsil müəssisələrinin fəaliyyəti ilə bağlı sorğu və şikayətlərinə cavab ala bilərlər.