AZ

Ermənistanda keçmiş mer partiya yaradır

İrəvanın keçmiş meri Hayk Marutyan tezliklə partiya yaradacaq.

Bakupost.az xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.

Yaradılacaq partiya "Yeni qüvvə" adlanacaq. Bu məlumatı “Azadlıq” radiosuna müsahibəsində Marutyanın komandası təsdiqləyib.

Marutyanın partiyasının qurultayı mayın 1-də baş tutacaq.

Qeyd edək ki, sabiq mer bundan əvvəl partiya yaradacağı və növbəti parlament seçkilərində iştirak edəcəyini açıqlamışdı.

Vasif
BakuPost
Seçilən
48
Mənbələr
Şərh ()
Bağla