AZ

Nagelsman AÇ-yə aparacağı heyət haqda danışdı

Almaniya yığmasının baş məşqçisi Yulian Nagelsman AÇ-2024-ə aparacağı komandanın heyətində köklü dəyişiklik ehtimalı haqda danışıb.

Arena.az jurnalist Patrik Bergerə istinadən, alman mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“Əgər hamı formada olsa, o zaman yayda heyətdə böyük dəyişikliklər etməyəcəyik. Nə on, nə də beş dəyişiklik nəzərdə tutulmur. Ola bilsin ki, bir və ya iki oyunçu. Hazırda bizimlə olmayanlar, olanlardan daha yaxşı olmalıdırlar”, deyə millinin baş məşqçisi vurğulayıb.

Yulian Nagelsman Almaniya yığmasını 2023-cü ilin sentyabrından çalışdırır. Alman mütəxəssisin bundestimlə müqaviləsi iyunun 14-dən iyulun 14-dək Almaniyada keçiriləcək 2024-cü il Avropa çempionatının sonuna qədər qüvvədədir.

Bundestim yarışın qrup mərhələsində “A” qrupunda İsveçrə, Şotlandiya və Macarıstan yığmaları ilə mübarizə aparacaq.

Seçilən
31
Mənbələr
Şərh ()
Bağla