AZ

Fransa sülh əldə edilməsi prosesini blok etmək üçün əlindən gələni edir -Tural İsmayılov

Bu gün özəlliklə ABŞ və Fransanın patronajlığı altında Qərbin neoimperialist şəbəkələri Azərbaycan və Ermənistan arasında formalaşa biləcək sülh mühitindən ciddi şəkildə narahatdırlar. Cənubi Qafqaz regionunda sabitlik və sülhün əldə edilməsi prosesini blok etmək üçün əllərindən gələni edirlər. Əvvəla hamıya bəllidir ki, bu gün Ermənistan ərazilərində hansısa Avropa İttifaqının mülki missiyasından söhbət getmir.

Bu qurumun missiyasının adındakı mülkilik məsələsi regionu qarışdırmaq istəyən qüvvələrin çirkin siyasi niyyətlərini pərdələmək üçün istifadə edilir. Eyni zamanda, Rusiya rəsmilərinin də açıqladığı kimi, bu gün Ermənistan ərazilərində Avropa İttifaqının mülki missiya adı altında Azərbaycan, Türkiyə,  Rusiya və İran əleyhinə pozucu kəşfiyyat fəaliyyəti həyata keçirilir.

Bu fikirləri “İki sahil”ə açıqlamasında politoloq Tural İsmayılov bildirib. 

Politoloq qeyd edib ki, həmçinin bu gün Ermənistan hakimiyyətinin öz ərazilərini Qərbin həmin bəlli şəbəkələrinə və dairələrinə peşkəş çəkdiyini görürük. Əslində Ermənistan uzun müddətdir ki, Avropa İttifaqının missiyası ilə manipulyasiya edir. Lakin fakitiki olaraq Ermənistan parlamentinin Avropa İttifaqının bu ölkədəki uzunmüddətli missiyasını indi ratifikasiya etməsi mənfur qonşumuzun çirkin niyyətlərini ortaya qoymuş olur. Eyni zamanda, Avropa İttifaqı və ABŞ-nin Ermənistanla hansısa üçtərəfli görüşlər keçirməsi bu ölkəyə dəstək verməklə bağlı müəyyən sazişlərin imzalanması faktoru Cənubi Qafqazı təhdid edir.

Ekspert bildirib ki, Avropa İttifaqı göz görə-görə bu gün Rusiyanın hərbi bazası olan, eyni zamanda bölgədə daim işğalçılığı təşviq edən, indiyədək Azərbaycana və azərbaycanlılara qarşı törətdiyi cinayətlərə görə beynəlxalq hüquqda cavab verməmiş terrorçu və neofaşist simalı bir dövləti qorumaqla məşğuldur ki, bu da Qərbin ikili standartlarının növbəti göstəricilərindən biridir.

Cavid Əkbərov, “İki sahil”

phrase_var_article.chosen
56
phrase_var_article.sources
phrase_var_article.comment ()
phrase_var_article.close