AZ

Tanışını bıçaqlamaqda təqsirləndirilən şəxs hakim qarşısına çıxarılır

Bakıda tanışını bıçaqlamaqda təqsirləndirilən Rəşad İsmayılovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az xəbər verir ki, toplanan cinayət işi materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Eldar İsmayılovun sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, Rəşad İsmayılov paytaxtın Salyan şossesində tanışı, 1992-ci il təvəllüdlü Abıyev Fərid Mehman oğlunu bıçaqlamaqda təqsirləndirilir. R.İsmayılova qarşı Cinayət Məcəlləsinin 126.1-ci maddəsi üzrə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə

Seçilən
69
47
Mənbələr
Şərh ()
Bağla