AZ

Gürcüstanda doğulan uşaqların sayı 5 faiz azalıb

Gürcüstanda

Tbilisi, 28 mart, AZƏRTAC

Keçən il Gürcüstanda 40214 uşaq dünyaya gəlib, bu da 2022-ci ilin göstərici ilə müqayisədə 5 faiz azdır. Doğulanların 21 010 –u oğlan, 19 204-ü isə qızdır.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika Xidməti məlumat yayıb.

Bildirilir ki, 2023-cü ildə ən çox doğuş paytaxt Tbilisidə qeydə alınıb - 13 697 nəfər. Ən az uşaq (226) Raça-Leçxumi və Kvemo Svaneti bölgələrində doğulub.

Ötən il yeni doğulanların ümumi sayında ilk doğuşların xüsusi çəkisi 39,1 faizdən 37,7 faizə qədər azalıb. Ailədə doğulan ikinci körpələrin xüsusi çəkisi demək olar ki, dəyişməyərək 33,6 olub. Üçüncü və sonrakı doğuşların xüsusi çəkisi isə 26,6 faizdən 27,5 faizə qədər artıb.

Məlumatda bildirilir ki, 2023-cü ildə ölənlərin sayı 2022-ci illə müqayisədə 13 faiz azalaraq 42 756 fakt təşkil edib. Ötən il Gürcüstanda mənfi təbii artım qeydə alınıb, yəni ölənlərin sayı doğulanların sayını 2542 vahid üstələyib.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

phrase_var_article.chosen
170
50
phrase_var_article.sources
phrase_var_article.comment ()
phrase_var_article.close