AZ

Putin: “Rusiya ancaq ruslar üçündür” şüarını eşidəndə təşviş hissi keçirirəm”

Rusiya Federasiyasının prezidenti Vladimir Putin bildirib ki, “Rusiya yalnız ruslar üçündür” şüarını eşidəndə onda təşviş hissi yaranır. 

Valyuta.az xəbər verir ki, onun sözlərindən RİA Novosti sitat gətirib.

“Bilirsiniz, mən bizimkiləri eşidəndə - belələri hər yerdə, hər cəmiyyətdə var – urapatriotların, o cümlədən Rusiyanın yalnız ruslar üçün olduğunu söyləyənlərin dediklərini eşidəndə, bilin ki, narahatlıq hissi keçirirəm”, - dövlət başçısı fikirlərini bölüşüb.

Putin həmçinin qeyd edib ki, ölkə daxilində hər hansı bir millətin hüquqlarının pozulması Rusiyanı çökdürə bilər.

Bundan əvvəl Rusiya prezidenti bildirib ki, mədəniyyətlərin, dinlərin və adət-ənənələrin müxtəlifliyi Rusiyanı digər ölkələrdən fərqləndirir. Onun sözlərinə görə, bütün bu fərqlər ölkə sakinlərinə əsrlər boyu bir-biri ilə həm genetik kod, həm də mədəni kod mübadiləsi aparmağa imkan verir.

Putin əlavə edib ki, bu yolla “vahid rus xalqı” yaradılır. Rusiya lideri çıxışı zamanı bildirib ki, Rusiya birbaşa Tanrı tərəfindən idarə olunan, lakin burada yaşayan xalqların sayəsində mövcud olan ölkədir.

Nicat

Seçilən
69
20
Mənbələr
Şərh ()
Bağla