AZ

Naxçıvanda mənşəyi bilinməyən saxta zeytun yağları satışdan çıxarılıb

Naxçıvanda mənşəyi bilinməyən saxta zeytun yağları satışdan çıxarılıb.

“İki sahil” xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən aparılan nəzarət tədbirləri zamanı satış yerlərində olan “Saklıvadi” əmtəə nişanlı zeytun yağlarının fərqli qablaşdırılması və etiketlənməsi, idxal sağlamlıq aktı və müvafiq müşaiyətedici sənədlərinin olmaması bu məhsulların həqiqiliyi və mənşəyi barədə əsaslı şübhələr yaradıb.

Faktla bağlı qanunvericiliyə uyğun olaraq agentlik tərəfindən dərhal müvafiq tədbirlər görülüb. Belə ki, muxtar respublikada fəaliyyət göstərən 1 topdansatış anbarında 145, 40 pərakəndə satış mağazasında isə 196 ədəd olmaqla, ümumilikdə, satışda olan 341 ədəd 5 ltirlik qablaşdırmada “Saklıvadi” əmtəə nişanlı zeytun yağlarının toxunulmaması təmin edilərək dövriyyəsi dayandırılıb. Adıçəkilən məhsullardan sınaq məqsədilə 3 ədəd nümunə seçilərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub.

Sınaq nəticələrinə əsasən hər üç yağ nümunəsinin keyfiyyət göstəricilərində bır sıra uyğunsuzluqlar aşkar edilib. Bundan əlavə yağ-turşu tərkibi üzrə əldə olunan müayinə nəticələrinə əsasən məhsulun təmiz zeytun yağı deyil, bitki mənşəli yağ qarışığından ibarət olduğu müəyyənləşib.

İnsanların həyat və sağlamlığı baxımından vəziyyətin ciddiliyini nəzərə alaraq agentlik tərəfindən müvafiq tədbirlər görülüb. Belə ki, 338 ədəd 5 litrlik qablaşdırmada (1690 litr) “Saklıvadi” əmtəə nişanlı saxta zeytun yağlarının məhvi barədə qərar qəbul edilib və martın 28-də proses həyata keçirilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
37
20
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
17364
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
12482
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
9955
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
4118
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
3714
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
3177
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
2987
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
2585
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
2210
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
2100
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
1564
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Azərbaycan nefti ucuzlaşdı
1092
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
1013
Rəisinin helikopterinin qəzaya uğradığı yer - Foto
980
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
968
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
954
Mayın ilk gününün havası açıqlanıb
873
Prezident İlham Əliyev İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəza enişi etməsi ilə bağlı paylaşım edib
805
Arda dubl etdi - VİDEO
777