AZ

Gənc memardan daha bir unikal addım - "44 gün" Memorialı layihəsini hazırladı - FOTOLAR

Gənc memar Seymur Baxışlı Azərbaycanın 44 günlük Zəfər Qələbəsinə həsr olunmuş "44 gün" Memorialı layihəsini hazırlayıb. SİA xəbər verir ki, "44 gün" Memorialı, ikinci Qarabağ müharibəsi zamanı həlak olan şəhidlərin xatirəsinə həsr olunub və Vətən uğrunda canlarından keçmiş şəhidlərin xatirəsini əbədi yaşatmaq məqsədi daşıyır.

Videoda müharibə veteranının silahdaşlarının məzarlarını ziyarət etməsi və bir anda onlarla birlikdə Cəbrayıl rayonu uğrunda necə döyüşdüyünü xatırlaması əks olunub.

Memorialın hər tərəfində 44 rəqəmini (müharibə günlərinin sayı) yaradan 4 güzgülü rəqəmlər var.
Aypara və səkkizguşəli ulduz layihənin simvolik əhəmiyyətini və milli dəyərini artırır.

Şəhidlərin adlarının əks olunduğu qara metal lövhələr onların xalq qarşısında şücaətini əbədiləşdirmək məqsədi daşıyır.

Əbədi məşəl Vətəni uğrunda canından keçənlərin ruhlarının ölümsüzlüyünü tərənnüm edir.

Memorial İkinci Qarabağ müharibəsi zamanı baş vermiş tarixi hadisələrlə, o cümlədən çətin anlarda vətənimizi müdafiə edənlərə əbədi xatirə və minnətdarlıq ideyası ilə qırılmaz şəkildə bağlıdır.

Seçilən
75
Mənbələr
Şərh ()
Bağla