AZ

CAR-da avtobus körpüdən aşdı - Xeyli sayda ölən var

Cənubi Afrika Respublikasında (CAR) avtobus qəzası baş verib.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, avtobus körpüdən aşıb və 45 nəfər qəzanın qurbanı olub.

İlkin məlumata görə, avtobusda Botsvananın Qaborone şəhərindən Cənubi Afrikanın Moriya şəhərinə gedən zəvvarlar olub. Limpopoda dağ aşırımında avtomobil idarəetməni itirərək körpüdən aşıb. Yalnız bir sərnişin sağ qalıb - səkkiz yaşlı qız qəzadan sonra xəstəxanaya yerləşdirilib və o, helikopterlə xəstəxanaya aparılıb.

Cənubi Afrikanın nəqliyyat naziri Sindisive Çikunqa faciə ilə bağlı başsağlığı verib.

Seçilən
51
44
Mənbələr
Şərh ()
Bağla