AZ

Qutusu açılmamış birinci nəsil iPhone modeli fantastik qiymətə satılıb

2007-ci ildə Steve Jobs tərəfindən Apple-nin ilk iPhone modelinin təqdim edilməsi smartfon istifadəçiləri tərəfindən böyük marağa səbəb olmağı bacarmışdı. Görünən odur ki, bu maraq illər ötdükcə hələ də, dəyişmədən qalmağa davam edir. Buna səbəb isə, birinci nəsil iPhone modelinin rekord qiymətə satılmağıdır.

Martın 8-də Apple ilk iPhone modeli qutusu açılmamış vəziyyətdə, heç bir zədəsi, solması, əziyi və cızığı olmadan 10 min dollar başlanğıc qiyməti ilə LCG Auctions tərəfindən hərraca çıxarılıb. Birinci nəsil iPhone modelinin 100 min dollara satılmağı gözlənilsə də, cihaz martın 24-də nə az, nə çox düz 130 min 27 dollara öz alıcısını tapmağı bacarıb.

İlk olaraq ağıllara 17 il əvvəl təqdim edilmiş bir smartfon üçün niyə bu qədər pul ödənildiyi gələ bilər. Əslində bu sualın bir neçə sadə cavabı var. Birinci səbəbi cihazın açılmamış ilk iPhone modeli olmasıdır. Digər və ən önəmli səbəbi isə smartfonun 4 GB yaddaş həcminə malik olmasıdır. Belə ki, Apple ilk iPhone modelini yalnız 8 GB və 4 GB-lıq yaddaş seçimləri ilə birlikdə təqdim edirdi. 4 GB-lıq versiya çıxarıldıqdan cəmi iki ay sonra zəif satışlar səbəbindən istehsalı dayandırldı. Belə olduğu təqdirdə, orijinal 4 GB-lıq iPhone smartfonu "nadir cihaz" kimi kolleksiyaçıların sevimlisinə çevrilib.

© technote.az

Seçilən
77
Mənbələr
Şərh ()
Bağla