AZ

Kiyevin süqutundan danışırlar: Ukraynanın müttəfiqləri ən pis ssenariləri nəzərdən keçirir

Kiyevin

Qərb Ukraynaya yardımını artırmalıdır, çünki Ukrayna məğlub olsa, Rusiya lideri Vladimir Putinin növbəti hədəfi Avropa ola bilər. Bu, bir çox hökumətlərin artıq nəzərdən keçirdiyi ən pis ssenaridir.

Reyting.az
xəbər verir ki, bunu “Times” nəşri yazıb.

Nəşr potensial ssenarini belə təsvir edir:

“İyulda Rusiya qoşunları Kiyevin qapısında dayanmışdı. Prezident Zelenski təcili televiziyaya çıxdı və ilk dəfə 2022-ci ilin fevralında dediyi cəsarətli sözlərini təkrarladı: Ukraynadan evakuasiyaya ehtiyac yoxdur. Əksinə, müqavimət üçün sursat lazımdır.

Qərb cəsur ukraynalıların kömək üçün yalvardığı zaman sadəcə qulaq asıb, daha çox iş görsəydi, vəziyyət dəyişə bilərdi. Müttəfiqlər mübahisə edərkən və ABŞ nəhayət, yazın yaya çevrilməsi mərhələsində 60 milyard dollarlıq yardımı göstərsəydi Putinin qoşunları cənubda və şərqdə irəliləməz, geri çəkilən Ukrayna qoşunları onların irəliləyişlərini yavaşlatmağa müvəffəq olardı”.

Qeyd olunur ki, Qərb siyasətçiləri hazırda “kabus ssenari” üzərində düşünür. Müəllifi İen Martin yazır ki, Ukraynadakı müharibənin əbədi “dondurulmuş münaqişə” olduğuna dair məşhur inancın əksinə olaraq, cəbhə xəttində gərgin döyüşlər gedir və Ukrayna qüvvələrinin geri çəkiləcəyi riski realdır: “Halbuki, cəmi bir il əvvəl vəziyyət tamamilə fərqli idi. Ukraynanın yaz əks-hücumuna böyük ümid bəslənirdi. Lakin o zaman təəssüf ki, planları həyata keçirmək mümkün olmadı”.

Bildirilir ki, Ukraynanı ən çox dəstəkləyən hökumətlər narahatdır və hətta ən pis ssenarilər də nəzərdən keçirilir.

Xatırladaq ki, ABŞ maliyyə naziri Janet Yellen Ukraynanın pullarının tükəndiyi barədə bir neçə dəfə xəbərdarlıq edərək, Konqresi qanunvericilərin etirazı ilə dayandırılan “Maliyyə yardım haqqında” qanun layihəsini qəbul etməyə çağırıb.

“Rusiyanın irəliləməsi ukraynalılar üçün fəlakətli olacaq. Bu, Qərbə də ciddi problemlər yaradacaq. Müttəfiqlər Kiyevi müdafiə etmək üçün qoşun göndərəcəkdilərmi? Prezident Makron təhlükəni açıq şəkildə hiss edib və Qərbi daha sərt yanaşmaya yönəltməyə, qoşun yeridilməsi ehtimalını gündəmə gətirib. Almaniya kimi digər ölkələr bunu qətiyyətlə rədd edir. Avropa əhalisi üçün sülhün yalnız güclə təmin oluna biləcəyi nəhayət nə vaxt başa düşüləcək? Ukrayna süqut edəndə və Putin Baltikyanı ölkələri, Polşa, Finlandiya, İsveç və ya Norveçə təhdidi davam etdirəcək. Ukraynanın öz müqəddəratını təyin etməsinin tərəfdarı olan heç kim bu “kabus ssenari”nin gerçəkləşməsini istəmir. Amma risk çox yüksəkdir. Məğlubiyyətin dəhşətli bədəlini başa düşməliyik”, - deyə nəşr əlavə edib.

Materilda Ukraynanın qələbəsinin əsasında maksimum hərbi dəstəyin dayandığı vurğulanır: “Kiyevin qismən və ya tam məğlubiyyətinin nəticələri fəlakətli olardı. Lakin cəbhə xəttindən uzaq olan “rahat Qərbdə” bir tənbəl vərdiş var - arzulamaq və xoşagəlməz sürprizlərə hazır olmamaq”.

Məlumat üçün qeyd edək ki, yanvar ayında Xarici Əlaqələr üzrə Avropa Şurasının 12 ölkə arasında keçirdiyi sorğu iştirakçılarının yalnız 10 faizinin Ukraynanın qalib gələcəyini düşündüyü məlum olub. Təxminən 37 faiz kompromisin böyük ehtimal olduğuna əminliyini ifadə edib, 19,5 faiz isə sonda Rusiyanın qalib gələcəyinə inanır.

“Times” Ukraynanın hərbi məğlubiyyətindən başqa ssenarilərin də mümkün olduğunu xatırladır. Məsələn, Rusiyada dövlət çevrilişi baş verə və ya Donald Tramp ABŞ seçkilərində qalib gələrsə, atəşkəs tətbiq etməyə çalışa və Ukraynanı faktiki olaraq təslim olmağa məcburiyyətində qoya bilər.

E. KAMAL
Seçilən
161
50
Mənbələr
Şərh ()
Bağla