AZ

"Aqro mix"ə cərimə yazılmasının səbəbi açıqlandı

"Aqro mix" MMC-yə inzibati protokol yazılıb.

 

Pravda.az-ın xəbərinə görə, protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 447.0.6-cı (Nəzarət olunmalı məhsulun müvafiq dövlət nəzarəti orqanlarından gizlədilməsinə görə fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib olunub.

 

İş Qaradağ Rayon Məhkəməsinin hakimi Şəfa Dadaşovanın icraatındadır. Baxış iclası aprelin 3-də keçiriləcək. 

 

Xəyal Quliyev

Tarix: 29 Mart 2024, 09:07   
Seçilən
40
Mənbələr
Şərh ()
Bağla