AZ

“Real”ın futbolçusu “Mançester Yunayted”ə KEÇİR 

İcarə əsasında "Real"da çıxış edən Xoselu karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər. 

Bizim.Media “Relevo” nəşrinə istinadla xəbər verir ki, "Espanyol"un hücumçusunu "Mançester Yunayted" transfer etmək istəyir.  

"Qırmızı şeytanlar" 34 yaşlı forvardı heyətinə qatmaq üçün İspaniya klubu ilə danışıqlara başlayacaq. 

Qeyd edək ki, Xoselu 2023-cü ilin yayından "Real"da çıxış edir. İspaniya millisinin üzvü Madrid təmsilçisinin heyətində meydana çıxdığı 38 rəsmi matçda 13 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. 

Rəşad Rafiqoğlu, Bizim.Media

Seçilən
167
8
Mənbələr
Şərh ()
Bağla