AZ

Sevgilisi 74 yaşlı Kadir İnanırın SON VƏZİYYƏTİNİ AÇIQLADI - FOTO

Bir neçə gün əvvəl insult keçirən məşhur aktyor Kadir İnanırın son vəziyyəti açıqlanıb.

BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, onun sevgilisi Jülide Kural bu barədə danışıb.

Jülide İnanırın səhhətində xeyli irəliləyiş olduğunu vurğulayıb:

"Hazırda Kadir İnanırın səhhəti çox yaxşıdır. Sadəcə biraz daha reanimasiyada qalmalıdır. Tamammilə həkimlərin nəzarəti altındadır. Bu gün onu reanimasiyada üç dəfə ziyarət etmişəm. Kadir bir dəfə evə getmək istədiyini dedi. Həkimlər də onun sürətlə sağaldığını təsdiqləyirlər".

Kural onu da qeyd edib ki, Kadir İnanırın səhhəti ilə bağlı ortada yalan-yanlış məlumatlar yayılıb:

"Bəzi instaqram hesablarında yalan-yanlış xəbərlər yayılıb. Bunalara inanmayın. Onlar baxış sayını artırmaq üçün olan-olmayan məlumatlar yazırlar. Bütün doğru informasiyaları Kadir İnanıra aid şəxsi instaqram və mənə aid şəxsi feysbuk hesabından əldə edə bilərisiniz. Bu açıqlamanı verməkdə məqsədim odur ki, Kadiri sevənlər yalan xəbərləri oxuyub kədərlənməsinlər".

Seçilən
166
21
Mənbələr
Şərh ()
Bağla