AZ

Beş ədəd acı bibər yeyən şəxs ÖLDÜ – FOTO

Rusiyanın Volqoqrad vilayətində bir nəfər ən acı bibər yediyi üçün ölüb.

Yenicag.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Bildirilir ki, 58 yaşlı Yuri bazardan “Karolina Ripper” bibəri sifariş edib.

“Karolina Ripper – ən acı bibərlərdən biridir, onun şiddəti Scoville şkalası ilə 2 milyona çatır.

Rus bir ay ərzində bibəri az miqdarda yeməyinə əlavə edib və bir ay ərzində təxminən 5 bibər yeyib.

Martın 17-də Yuri xəstələnib, xəstəxanaya yerləşdirilib və 2 gün sonra reanimasiyaya düşüb. 8 gün sonra isə kişi ölüb.

Mərhumun qaraciyər sirrozu olduğu qeyd edilir.

Xuraman Etibarlı

Seçilən
36
2
Mənbələr
Şərh ()
Bağla