AZ

“Anadolu Efes”dən vacib qələbə

Basketbol üzrə Avroliqa turnirində 5 oyun keçirilib. Ən gərgin qarşılaşmalardan biri Litvada baş tutub. Yerli “Jalgiris” son oyunlarda uğurlu nəticələr göstərən Milan komandasını məğlubiyyətə uğradıb – 87:73. Kaunas təmsilçisi yalnız son periodda qonaqların müqavimətini qıra bilib.

Belqradda isə qonaqlar geridönüş etməyi bacarıblar. “Partizan” “Olimpiakos”la oyunun böyük hissəsində hesabda öndə olub. Lakin son periodu yunanlar 28:10 hesablı üstünlüklə yekunlaşdırıblar. Bununla da Pirey komandası 74:69 hesabı ilə vacib qələbə qazanıb.

Ölüm-dirim mübarizəsi aparan “Anadolu Efes” turnir cədvəlində əsas rəqiblərindən biri olan “Baskoniya”nı səfərdə məğlubiyyətə uğradıb. İlk saniyələrdən üstünlük əldə edən İstanbul təmsilçisi 3-cü periodda görüşün taleyini həll etməyi bacarıb – 97:76. Şey Larkin görüşü 26, Şon Klaybörn isə 20 xalla tamamlayıb.

Turnir cədvəlində ikinci pilləni qorumağa çalışan “Barselona” Münhendə “Bayern”ə qalib gəlib – 87:79. “Monako”  isə səfərdə “Villerban” üzərində qələbə qazanaraq 3-cü pilləyə yüksəlib.

Seçilən
61
Mənbələr
Şərh ()
Bağla