İsrail ordusunun 2023-cü il oktyabrın 7-dən Qəzza zolağına hücumları davam edir.
BiG.AZ xəbər verir ki, hadisə nəticəsində ölənlərin sayı artıb.
Bu barədə Fələstinin Qəzzadakı Səhiyyə Nazirliyinin sözçüsü Əşrəf Əl-Kudra məlumat yayıb.
Kudra bildirib ki, son 24 saat ərzində İsrail ordusunun Qəzza zolağına hücumları nəticəsində daha 71 fələstinli ölüb, 112 nəfər yaralanıb.
Kudra bildirib ki, İsrailin oktyabrın 7-dən qəzza zolağına hücumları nəticəsində ölənlərin sayı 32623 nəfərə, yaralıların sayı isə 75092 nəfərə çatıb