AZ

Əlil gənc "Krokus"da sevgilisini xilas etdi, özü öldü

Rusiyada baş vermiş dəhşətli terror aktının qurbanlarının həyat hekayəli araşdırılmağa başlayıb.
 
AZXEBER.COM Rusiya mətbuatına istinadən xəbər verir ki, ən çox diqqət çəkən şəxslərdən biri əlil arabasında olmasına baxmayaraq evgilisini xilas edən əlil arabasındakı 25 yaşlı Maksim Verbenin olub.
 
Araşdırmalardan məlum olub ki, onun həyatı yeniyetməlik illərində kəskin şəkildə dəyişib. Onurğa əzələlərinin atrofiyası (SMA) Maksimi əlil arabasında oturmağa və həyat uğrunda mübarizəyə başlamağa məcbur etdi. Onun bahalı reabilitasiyası yalnız ianələr hesabına ödənilə bilirdi.
 
2020-ci ildə, koronavirus pandemiyası başlayanda  reabilitasiyasında yaranan fasilələr səbibilə Maksimin halı pisləşir və onu yataq xəstəsi edir.

Lakin Verbenin təslim olmaur və itirilmiş ayaqlarını bərpa etmək üçün uğurla mübarizə apardı və  Natalya adlı xanımla sevgili oldu. Bu münasibət ona yaşamaq üçün yeni stimul verdi.
 
Maksim 22 mart 2024-cü ildə Crocus City Hallda keçiriləcək \"Piknik\" qrupunun konserti üçün biletlər alaraq rok qrupunun pərəstişkarı olan Nataşaya sürpriz etmişdi. 

Atışma səsləri eşidəndə Verbenin və Nataşa çıxışa doğru qaçıblar, lakin orada əlil arabaları üçün qurğunun olmaması onların işini çətinləşdirib və terrorçular bundan istifadə edəək onlara atəş açıblar.

Nataşa Maksimin yanından ayrılmayıb və onlar atəşə məruz qalanda o, qızın üstünə yıxılaraq bədəni ilə onu güllələrdən qoruyub. Verbenin döş qəfəsindən aldığı bir neçə yaradan yerindəcə həlak olsa da Nataşa məkandan qaçmağı bacarıb. O, hal-hazırda xəstəxanaya yerləşdirilib. 
 
Aysel
Seçilən
50
1
Mənbələr
Şərh ()
Bağla