Dəniz Məmmədzadə dünyanın ən yaxşı universitetlərindən biri olan ABŞ-ın Kolumbiya Universitetindən qəbul aldı.
Bu barədə AzEdu.az-a Dəniz Məmmədzadə məlumat verib.
Dəniz Məmmədzadə Kolumbiya Universitetində biotibbi mühəndislik üzrə təhsil alacaq.
Eyni zamanda Dəniz Məmmədzadə Şəki şəhər kimya-biologiya təmayüllü liseyin 11-ci sinif şagirdidir.
Qeyd edək ki, Şəki şəhər Kimya-biologiya təmayüllü liseyin 11-ci sinif şagirdi Dəniz Məmmədzadə bu il BMT-nin Gənclərdən ibarət Məşvərət Şurasına üzv (UNYAC) seçilib.