AZ

Jurnalist var, 20 ildir eyni saytda işləyir və bu günə qədər ipoteka krediti ala bilmir - Deputat

Bakı. Trend:

İpotekanın verilməsi şərtləri yüngülləşməlidir. Dövlət istəyirki, hər bir vətəndaşı yaxşı yaşasın.

Trend xəbər verir ki, bunu Milli Məclisin bu gün keçiriləniclasında deputat Siyavuş Novruzov deyib.

O bildirib ki, ipoteka kreditindən daha çox dövlət qulluğundaçalışanlar geniş şəkildə istifadə edə bilirlər:

"Digər şəxslərin bu ipoteka kreditindən bəhrələnməyi çətindir.Götürək bənna, zərgər, bərbər, çilingər və başqalarını. Heç biriipoteka götürə bilmir. Bunlar vergi ödəyicisidir. Araşdırmagöstərir ki, cəmi 3 jurnalist ipoteka krediti ala bilib.

Bizdə nə qədər sayt, sayt rəhbəri var. Qeydiyyatdan keçmiş,əməkhaqqı yüksək jurnalistlər var. İpoteka götürmək istəyəndə isəonlara elə münasibət göstərirlər ki, sanki bu işlərimüvəqqətidir.

Jurnalist var 20 ildir eyni saytda işləyir və bu günə qədəripoteka krediti ala bilmir. Bundan əlavə, kənddə verilən ipotekailə şəhərdə verilən ipoteka arasında fərq olmalıdır. Gənc ailə,müəllim kənddə ev alıb yaşaya bilməlidir”, - deyə o qeyd edib.

Seçilən
68
12
Mənbələr
Şərh ()
Bağla