AZ

Teymur Kərimovun istintaqı başa çatdı

“Kanal 11” internet televiziyasının direktoru Teymur Kərimov və onunla birlikdə mühakimə olunan İstək Totiyevanın cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş araşdırılması üçün hakim Azad Məcidovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclası aprelin 5-nə təyin edilib.

Teymur Kərimov və İstək Totiyevanın barəsində Cinayət Məcəlləsinin 182.2.1-ci (hədə-qroxu yolu ilə tələb etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindəntörədildikdə) maddəsi ilə ittiham elan edilib.

İttihama görə, Teymur Kərimov və İstək Totiyeva hədə-qorxu yolu ilə zərərçəkmişlərdən pul tələm etməkdə təqsirli bilinirlər.

Cinayət işi üzrə Leyla Gülməmməd qızı Almaszadə və Fərrux Yaşar oğlu Ələkbərov zərərçəkmiş qismində tanınıblar.

Teymur Kərimov ittiham üzrə özünü təqsirli bilmir.


Müəllif: Hacı Zeynalov
Seçilən
72
1
Mənbələr
Şərh ()
Bağla