AZ

Tacikistanda "Crocus"da törədilən terror aktı ilə bağlı 9 nəfər saxlanıldı

Hüquq-mühafizə orqanlarının əməkdaşları Tacikistanda "Crocus City Hall"da baş verən terror aktını törədənlərlə mümkün əlaqədə şübhəli bilinən 9 nəfəri saxlayıb.

BAKU.WS xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

Əməliyyat Vəhdət rayonunda baş verib. Şübhəlilər həmçinin  İŞİD terror təşkilatı ilə də əlaqəli ola bilərlər.

Xatırladaq ki, martın 22-də Rusiyanın Moskva vilayətindəki "Crocus City Hall"da terror aktı baş verib. Hadisə nəticəsində 143 nəfər ölüb.

Son rəqəmlərə görə, terror aktında xəsarət alanların sayı 382 nəfərə çatıb.

Seçilən
84
36
Mənbələr
Şərh ()
Bağla