AZ

Moskvada MDB İqtisadi Şurasının 101-ci iclası başlayıb

Bakı. Trend:

Martın 29-da Rusiyanın paytaxtı Moskvada MDB İqtisadi Şurasının101-ci iclası başlayıb.

Trend xəbər verir ki, Azərbaycanı iclasda baş nazirin birincimüavini Yaqub Eyyubov təmsil edir.

Tədbir Rusiya Hökuməti sədrinin müavini Aleksey Overçukunsədrliyi ilə keçirilir.

Ermənistan bu dəfə də iclasa nümayəndə heyəti göndərməyib.Ermənistanı artıq ikinci dəfədir ki, ölkənin Belarusdakı səfiriRazmik Xumaryan təmsil edir.

Tədbir geniş tərkibdə iclasla davam edəcək. Daha sonra isəBeynəlxalq Iqtisadi Forum keçiriləcək.

Seçilən
75
2
Mənbələr
Şərh ()
Bağla