AZ

Azərbaycan alimi nüfuzlu jurnalın redaksiya heyətinin üzvü seçilib

Azərbaycan

Bakı, 29 mart, AZƏRTAC

İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Ramiz Alıquliyev ABŞ-ın “IGI Global” beynəlxalq akademik nəşriyyatında çap olunan “International Journal of Decision Support System Technology” jurnalının redaksiya heyətinin üzvü seçilib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, jurnalın redaksiya heyətində 20-dən artıq ölkədən (ABŞ, Kanada, Birləşmiş Krallıq, Portuqaliya, Fransa, Serbiya, Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə və s.) alimlər təmsil olunur.

“International Journal of Decision Support System Technology” jurnalında kompüter elmləri və riyaziyyat sahələri üzrə mövzuları əhatə edən məqalələr dərc edilir.

Jurnal “Web of Science Emerging Sources Citation Index” (ESCI), SCOPUS, “Compendex” (Elsevier Engineering Index), INSPEC və digər beynəlxalq elmi bazalarda indeksləşir. Jurnalın impakt faktoru 1.1-dir.

Seçilən
38
2
Mənbələr
Şərh ()
Bağla