Siyam əkizləri Abbi və Britani adlı siyam əkizlərindən sol tərəfdə olan Abbi evlənib.
BiG.AZ xəbər verir ki, o, hərbçi Coş Bovlinq ilə ailə qurub.
Cütlük 2017-ci ildə kilsədə tanış olublar. Coş digər əkizin də razılığını alandan sonra Abbiyə evlənmə təklif edib.
Əkizlərin beldən aşağı orqanları və qan axını eynidir. Onların iki ürəyi və iki mədəsi var.