AZ

Dünya bu biabırçılığı danışır! Xəstəxanalara bağışlanan meyitlərin başlarını kəsib, botoks təlimi etdilər

Dünya bu biabırçılığı danışır! Xəstəxanalara bağışlanan meyitlərin başlarını kəsib, botoks təlimi etdilər

İngiltərənin Milli Sağlamlıq Xidmətləri (NHS) qalmaqallı tibbi tətbiqi ilə gündəmdədir.

Sonxeber.az xarici mənbəyə istinadən xəbər verir ki, xəstəxənaya bağışlanan meyitlərin başları kəsilib. Bu zaman həmin meyitlərdən həkimlərə və stomotoloqlara botoks kimi kosmetik prosedurların öyrədilməsi üçün istifadə olunub.

Digər tərəfdən, NHS xəstəxanalarının prosedurlardan kənara çıxdığı və bağışlanan bədənləri özəl estetik kurs mərkəzlərinə verdiyi məlum olub.

"NHS Trust" tərəfindən nəşr olunan bukletlərdə bağışlanan cəsədlərin kosmetik təlimlərdə istifadə olunacağına dair heç bir məlumat verilməməsi diqqətdən qaçmayıb.

Bildirilib ki, cəsədin bağışlanması gələcək nəsil səhiyyə işçilərinin təhsilinə töhfə verəcək və həyat xilas edən üsulların inkişafına kömək edə bilər. Lakin bu izahatlar istifadənin əsl məqsədini gizlətmək üçün kifayət etməyib.

Ortaya çıxan məlumatlardan sonra, verilən meyitlərin ailələrin istəklərinə uyğun yanaşılmaması ictimaiyyət arasında qalmaqala və tənqidlərə səbəb olub.

Seçilən
32
50
Mənbələr
Şərh ()
Bağla