AZ

31 Mart soyqırımı azərbaycanlılara qarşı törədilən bəşəri cinayətdir - Rauf Əliyev

Bakı. Trend:

Azərbaycan xalqına qarşı törədilmiş və illər boyu özsiyasi-hüquqi qiymətini almamış 31 Mart soyqırımı tariximizin ənfaciəli səhifələrindən biridir. Bakı şəhərində, Bakı quberniyasınınmüxtəlif bölgələrində, eləcə də, Şamaxı, Quba, Xaçmaz, Lənkəran,Hacıqabul, Salyan, Kürdəmir və digər ərazilərdə ermənidaşnaklarının və onların havadarlarının silahlı dəstələritərəfindən azərbaycanlılara qarşı törədilən soyqırımı nəticəsindəon minlərlə dinc azərbaycanlı məhz etnik və dini mənsubiyyətinəgörə qətlə yetiriib, yaşayış məntəqələri dağıdılmış, mədəniyyətabidələri, məscid və qəbiristanlıqlar yerlə-yeksan edilib.

Bədnam xislətindən əl çəkməyən mənfur erməni millətçilərininazğınlığı iki yüz ilə yaxın davam etdi. Azərbaycan dövlətmüstəqilliyini bərpa etməklə bir çox qaranlıq məqamlara aydınlıqgətirdi. Hər bir azərbaycanlının illər boyu gözlədiyi tarixi ədalətisə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi iləAzərbaycan ordusu tərəfindən torpaqlarımızın işğaldan azad olunmasıilə bərqərar oldu, tarixi ədalət bərpa olundu. Azərbaycan ordusutarixi zəfərə imza atdı, erməni-bolşevik silahlı dəstələrininazərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətlərin,soyqırımının, şəhidlərimizin, Xocalı qurbanlarının qisası 44 günlükVətən müharibəsi zamanı alındı.

“1998-ci ildən başlayaraq hər il 31 Mart azərbaycanlılarınsoyqırımı günü kimi dövlət səviyyəsində qeyd olunur. Həmin günsoyqırımı qurbanlarının anma tədbirləri keçirilir, dünyaictimaiyyətinin diqqəti xalqımıza qarşı aparılan cinayətkarsiyasətə cəlb olunur. Həm də qeyd olunmalıdır ki, xalqımıza qarşıyeridilmiş soyqırımı siyasətinin uzun tarixi olsa da, bu barədə əslhəqiqətlər yalnız Azərbaycan rəhbərliyinin qətiyyəti sayəsində sonillərdə dünya ictimai fikrinə çatdırılmağa başlayıb.

Bu işdə Azərbaycan vətəndaşlarının, ictimaiyyətin, xariciölkələrdəki azərbaycanlı icmalarının üzərinə böyük məsuliyyətdüşür. Xalqımıza qarşı törədilmiş soyqırımı haqqında həqiqətlərireal faktlar, dəlillər əsasında dünya dövlətlərinə, nüfuzlubeynəlxalq təşkilatlara çatdırmaq, saxta erməni təbliğatınəticəsində formalaşmış yalan təsəvvürləri dəyişdirmək, onahüquqi-siyasi qiymət verdirmək nə qədər çətin olsa da, şərəfli vəmüqəddəs bir iş kimi bu gün də, gələcəkdə də davametdirilməlidir.

Bu, soyqırımı qurbanlarının xatirəsi qarşısında indiki nəslinmüqəddəs borcudur”. Ümummilli Lider, Ulu Öndər Heydər Əliyevin qeydetdiyi kimi 31 Mart - Azərbaycanlıların soyqırımını, Xocalıfaciəsini, günahsız soydaşlarımızın məruz qaldığı soyqırımınındəhşətlərini hər gün xatırlamağa, unutmamağa borcluyuq. İşğalçıerməni millətçiləri tərəfindən xalqımıza qarşı iki yüz ilə yaxınbir müddətdə soyqırımı siyasəti həyata keçirilib.

Azərbaycanlıları tarixi torpaqlarından uzaqlaşdırmaq,havadarlarının köməyi ilə bu ərazilərdə mifik “böyük Ermənistan”yaratmaq məqsədilə Azərbaycan və türk xalqları onilliklər boyumütəmadi olaraq ermənilərin ideoloji və hərbi təcavüzünə məruzqalıblar. Xalqımızın çoxəsrlik tarixi ədalətsizcəsinəsaxtalaşdırılıb, mədəniyyət abidələrimiz, toponimlərimiz ermənilərtərəfindən özününküləşdirilib.

Milli Məclisin deputatı,

Rauf Əliyev

Seçilən
34
1
Mənbələr
Şərh ()
Bağla