AZ

İzmir sahillərində 45 qanunsuz miqrant saxlanılıb

Türkiyənin İzmir şəhərində 45 qeyri-qanuni miqrant saxlanılıb.

E-huquq.az "TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə məlumat Sahil Mühafizə Komandanlığının internet saytında yer alır.

Məlumata görə, İzmirin Çeşmə sahillərində rezin qayıqda bir qrup qanunsuz miqrantın olduğu müəyyən edildikdən sonra bölgəyə Komandanlığın əməkdaşları göndərilib.

Əməkdaşlar tərəfindən dayandırılan rezin qayıqda 45 qanunsuz miqrant saxlanılıb.

Miqrantlar Miqrasiya İdarəsinə təhvil verilib.

Şəbnəm Mehdizadə

Seçilən
34
Mənbələr
Şərh ()
Bağla