AZ

Baydenlə xanımı ötən il nə qədər pul qazanıb?

ABŞ Prezidenti Co Bayden və həyat yoldaşı Cill 2023-cü ildə 620 min dollar qazanıblar.

Bizim.Media xəbər verir ki, bu barədə məlumatı vergi bəyannaməsinə istinadən Ağ Ev yayıb. 

Cütlük bu məbləğdən 146,6 min dollar federal gəlir vergisi ödəyib. 

Bununla yanaşı, Co və Cill Bayden ötən il 17 müxtəlif xeyriyyə fonduna 20 min dollar həcmində ianə edib. 

Qeyd edək ki, 2022-ci ildə Bayden ailəsinin illik gəliri 579,5 min dollar təşkil edib.

Bizim.Media
 

Seçilən
34
Mənbələr
Şərh ()
Bağla