AZ

“Ukrayna danışıqlara hazırdır, amma…” – Zelenski


“Ukrayna danışıqlara hazırdır, amma Rusiya ilə deyil, çünki Moskva bunu istəmir”.
Yeniavaz.com
xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski “PBS” telekanalına müsahibəsində deyib.
“Biz belə başa düşürük ki, Rusiya heç bir danışıqlara hazır deyil. Rusiya sülh istəmir. Onu sülh maraqlandırmır. Bu, onun üçün qələbə deyil. Ona qələbə lazımdır. Onun üçün isə qələbə Ukraynanı məhv etmək deməkdir”, - Zelenski bildirib.
Eyni zamanda, Zelenski əlavə edib ki, Ukrayna sülh istəyənlərlə danışıqlara hazırdır. Onun fikrincə, sülh yolu ilə nizamlanma təşəbbüsü münaqişənin ədalətli sülhlə bitməsini istəyən Kiyevdən gəlməlidir.
“Buna görə də, Ukraynanın təklif etdiyi və iyunda İsveçrədə keçirilməsi planlaşdırılan “sülh formulu” sammiti plana mane olmaması üçün Rusiyasız keçiriləcək”, - deyə Ukrayna Prezidenti qeyd edib.
Digər tərəfdən, Rusiya Prezidenti Vladimir Putin də Moskvanın dialoq tərəfdarı olduğunu bildirib.
“Moskva dialoqun tərəfdarıdır, amma bizə reallıqla heç bir əlaqəsi olmayan hər hansı sxemlər tətbiq etmək formatında deyil”, - deyə Putin əlavə edib.
Seçilən
42
1
Mənbələr
Şərh ()
Bağla