AZ

Xroniki informasiya zəhərlənməsi nədir?– Əlamətləri


Hazırda elektron cihazlar və sosial şəbəkələrdən qaynaqlanan Squeezed informasiya zəhərlənməsi, tükənməsi adlı sindrom geniş rast gəlinir.


“Medicina” xəbər verir ki, geriatr həkim, sosial ekspert Kirill Proşayev informasiya tükənməsinin5 simptomunu açıqlayıb:

“Xroniki tükənməyə xarakterik cəhət: fasiləsiz olaraq yeni informasiya, xəbər, video və s. axtarışı, təşviş və yuxusuzluq, arterial təzyiqin dəyişməsi, bədən və üzdə yorğunluqdur.


İlk siqnal: fikrin dağınıq olması, gadjet və telefona real həyatdan daha çox diqqət, sosial şəbəkələrdə paylaşalanlara kəskin reaksiya, gecə yuxusunu telefona dəyişməkdir.

Hətta yatarkən fonda telefon, televizor səsinin gəlməsi, fon dinləmə və izləmə elektron informasiya axınına bərabərdir, bu da xroniki tükənməni artırır.

Hər yeni informasiyayareaksiya psixoemosional gərginliyi artırır.
Xroniki tükənmədən daha çox ürək-damar sistemi, baş beyin, onurğa və dayaq aparatı əziyyət çəkir.


1 ildən artıq pasiyentin squeezed mühitində qalması artıq çəki, piylənmə, baş, boyun ağrıları, görmənin zəifləməsi, yaddaşl və diqqətin pozulması, əzələ gücünün azalması oynaq ağrısı,yorğunluq, təşviş pozuntusu, həyat enerjisi və sevincinin itməsinə gətirib çıxarır.


Buna görə də rəqəmsal fasilə və gigiyenaya əməl etmək mütləqdir”.


Aygün Musayeva

Seçilən
41
1
Mənbələr
Şərh ()
Bağla