AZ

Açıq-saçıq məclisin təşkilatçısı ilə bağlı qərar verildi – ƏTRAFLI – FOTO

Ötən ilin son günlərində Rusiyanın paytaxtı Moskvada keçirilən “Demək olar ki, çılpaq” gecəsinin təşkilatçısı, rusiyalı sosial media fenomeni Anastasiya İvleyeva ilə bağlı hekayəyə son verildi.

KONKRET.az xəbər verir ki, rusiyalı sosial medianın populyar siması Anastasiya İvleyeva Rusiya ordusunu gözdən salmaqda günahlandırılıb. Bildirilib ki, İvleyeva cəriməyə səbəb ola biləcək inzibati xəta törətməkdə ittiham edilib.

Dekabrda Rusiyada keçirilən “demək olar ki, çılpaq şənlik” Ukrayna ilə müharibə vəziyyətində olan Rusiyanı ayağa qaldırıb… Sosial media fenomeni İvleyevanın təşkil etdiyi gecəyə sənət adamları, siyasətçilər və sosial media fenomenləri qatılıb.

Rusiya xalqının reaksiyasından sonra şənlik iştirakçıları bir-bir üzr istəyib və İvleyevaya qarşı araşdırma başlayıb.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Seçilən
93
Mənbələr
Şərh ()
Bağla