AZ

Siqaretin insan orqanizminə daha bir zərəri üzə çıxıb

Siqaretin

Siqaretin insan sağlamlığına zərəri, xüsusilə də xərçəng və digər xəstəliklərə səbəb olduğu artıq təsdiqini tapıb.

Reyting.az
xəbər verir ki, yeni bir araşdırma siqaret və qarın piyləri arasında birbaşa əlaqə olduğunu üzə çıxarıb.

Danimarkanın Kopenhagen Universitetində araşdırmaçı-alim German Carrasquillanın rəhbərliyi ilə aparılan araşdırmaya görə, ömürlük siqaret çəkmək insanı kökəldir və qarın yağını artırır.

“Addiction” jurnalı yazır ki, 1,7 milyon siqaret çəkən insanın məlumatları araşdırılıb. Tədqiqat siqaret çəkməyin daxili orqanların piyini artırdığını müəyyən edib.

Carrasquilla bel və omba ətrafında cəmləşən “visseral yağ”ının ürək xəstəlikləri, insult, 2-ci tip diabet və digər metabolik xəstəliklərə səbəb olduğuna diqqət çəkib.

Siqaretin səbəb olduğu daxili orqan yağlarının bir çox xəstəliyə səbəb olduğunu təkrarlayan alim deyib:

“Viseral piylərin azaldılması həm də bir çox mühüm xəstəliklərin riskini azaltmaq deməkdir. Tədqiqatımızın nəticələri göstərir ki, siqaret istehlakının qarşısını almaq və azaltmaq üçün daha çox səy göstərmək lazımdır”.

V. QULİYEV
Seçilən
116
35
Mənbələr
Şərh ()
Bağla