AZ

İsrail İrana zərbə endirmək qərarına gəlib

Bakı. Trend:

İsrail İrana zərbə endirmək qərarına gəlib.

Trend-in məlumatına görə, bu barədə İsrail KİV-ləri xəbərverib.

Məlumata əsasən, müvafiq qərar İsrail hərbi kabinetininiclasının yekunu üzrə qəbul edilib.

Qeyd olunub ki, zərbə "mümkün qədər tez" endirilməlidir.

Xatırladaq ki, aprelin 13-də İran İslam İnqilabı KeşikçiləriKorpusu (SEPAH) qanadlı və ballistik raketləri ilə "Doğru vədəməliyyatı" kod adı altında İsrailə hücum edib. Hücumların aprelin1-də İsrailin İranın Dəməşqdəki səfirliyini bombalamasına cavabolaraq həyata keçirildiyi bildirilir. Bu, iki ölkə arasında ilkbirbaşa hərbi qarşıdurmadır.

Aprelin 14-də səhər saatlarında İran İsrailə qarşı əməliyyatınbaşa çatdığını elan edib.

Seçilən
175
28
Mənbələr
Şərh ()
Bağla