AZ

Millimiz gürcülərə yenə uduzdu

Bu gün futzal üzrə Azərbaycan millisi növbəti yoldaşlıq oyunu keçirib.

Futbolinfo.az xəbər verir ki, komandamız Tiflis İdman Sarayında Gürcüstan millisi ilə qarşılaşıb.

İki gün əvvəl keçirilmiş oyunla müqayisədə Vitali Borisov bu dəfə “5-lik”də dəyişiklik etmişdi. “Çərçivə”də Emin Kürdov dayanırdısa, Amir, Kənan və Murad ilk saniyələrdən mübarizə aparırdı. Rəqib də fərqli heyətlə başladı. Fasiləyə qədər komandaların cəhdləri nəticəsiz qaldı. İkinci hissədə təzyiqi artıran meydan sahibləri 23-cü dəqiqədə status-kvonu pozdular. Qoldan sonra Kənan Manafov azı 2 real epizodu əldən verən Kənan Manafov nəhayət 29-cu dəqiqədə rəqib torunu silkələdi. Bu Manafovun əsas millidə ilk qolu oldu. Növbəti qol 37-ci dəqiqədə vuruldu. Yenə meydan sahibi komanda fərqləndi.

Gürcüstan – Azərbaycan 2:1
Qollar: Giorgi Gavtadze, 22:29. İrakli Todua, 36:46 – Kənan Manafov, 28:57.
Hakimlər: Zviad Bliadze, Qoça Taruashvili, Koba Revarişvili
16 aprel. Tiflis İdman Sarayı. Saat 19:00.

Seçilən
102
20
Mənbələr
Şərh ()
Bağla